18 May 2023 11:10
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Optimar” Araşdırmalar Mərkəzinin rəhbəri Hilmi Daşdəmir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci turda böyük fərqlə qalib gələcəyini iddia edir.

Teleqraf.com xəbər verir ki, mərkəz rəhbəri rəqibi, CHP sədri Kamal Kılıçdaroğlunun şansının olmadığını bildirib.

Kılıçdaroğlunun niyə qalib gələ bilməyəcəyi ilə bağlı Hilmi Daşdəmir bunları deyib:

“Səbəblərini sadalayım. Ərdoğan ən az 53 faiz və ya daha çox səs alacaq. Çünki Kamal Kılıçdaroğlunun böyük gözləntisi vardı, belə də təsəvvür yaratmışdı. Ələvilik kimi nüanslardan istifadə etdi. Davudoğlu da sünni olduğu və seçkiyə belə getdiklərini dedi. Hamı qalib gələcəyini deyirdi, amma olmadı. Davudoğlunun da davranışları sorğulanmadı. Kiçik partiyaların ittifaqa töhfələrinin olduğunu düşünmürəm. Onların bir faizlik belə səsləri yoxdur, amma parlamentdə təmsil olunacaqlar.

CHP vasitəsilə parlamentdə 38 yeri götürdülər. Mən türk cəmiyyətini çox yaxşı tanıyıram. Bu prosesi formalaşan təsəvvürə görə yaxşı oxuya bilmədilər.

Ərdoğan bu seçkilərin qalibidir. Yaradılmış təsəvvürə yox, nəticəyə baxmaq lazımdır. AKP yarananda 34 faiz səs alırdısa, bu gün 1 faiz artaraq 35 faizə çatıb. Kılıçdaroğlu hansı seçkidə qalib gəlib? Parlament arifmetikasına baxanda Ərdoğan böyük fərqlə qalib olacaq. Türk milləti gələcək və ümumi durum baxımından mövqe tutur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər