Böyük Britaniya hökuməti Rusiyadan mis, alüminium və nikelin, habelə almazın idxalına qadağa qoyacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisinin bəyanatında bildirilib.
Qeyd edilib ki, bu ilin sonunda Rusiya almazlarının idxalına qadağa qoyulacaq. Rusiya dəmirinə və poladına qoyulan qadağalara əsaslanaraq, Rusiya mənşəli mis, alüminium və nikelin idxalı tamamilə dayandırılacaq.