21 May 2023 17:40
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları "bugünkü dünyanın reallıqlarına" uyğunlaşdırmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Xirosimada keçirilən G7 sammitindən sonra mətbuat konfransında deyib.

"Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir", - deyə A.Quterreş bildirib. BMT-nin baş katibinin sözlərinə görə, COVID-19 pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı “iqtisadi sarsıntılar qarşısında” qlobal maliyyə sistemi “qlobal sığorta şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilməyib”.

Aprel ayında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən A.Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bildirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər