22 May 2023 17:47
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə-Rusiya münasibətləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Peskov prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin populizmlə məşğul olmadıqlarını deyib.

“Putin və Ərdoğan böyük siyasi təcrübəyə malik çox ciddi siyasi fiqurlardır. Hər ikisi öz sözünün ağasıdır”, - Kremlin sözçüsü bildirib.

Peskov qeyd edib ki, hər iki lider öz xalqının rifahı üçün çalışır:

“Ən əsası, onlar qarşılıqlı faydalı ikitərəfli münasibətlərlə bağlı konkret, bəlli məsələlərlə məşğul olurlar. Bu, iki ölkənin xalqı üçün vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər