“Vaqner” qrupunun lideri Yevgeni Priqojin muzdluların Ukraynanın Baxmut şəhərindən geri çəkildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Priqojinin mətbuat xidməti “Vaqner” bölmələrinin geri çəkildiyini əks etdirən video yayımlayıb.
“Arxa cəbhəyə çəkilirik. İyunun 1-nə kimi toplanacağıq, (missiya) hərbçilərə təhvil veriləcək”, - Priqojin deyib.
“Vaqnerçilər”lə söhbəti zamanı Priqojin qeyd edib ki, iyunun 1-dək bütün bölmələr istirahət üçün arxa cəbhədə olacaq, sonra “yeni missiya” olacaq:
“Birlikləri Baxmutdan çıxarırıq. İyunun 1-dək əsas hissə düşərgələrə köçürüləcək. Mövqeləri hərbçilərə veririk. Sursat, mövqelər, hər şey...”.
Mayın 20-də Yevgeni Priqojin açıqlamışdı ki, muzdluları Baxmutu “ələ keçiriblər” və mayın 25-də şəhəri tərk etməyə başlayacaqlar.