26 May 2023 11:20
2 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

CHP-nin Qadın Təşkilatının keçmiş sədri Dəniz Pınar Atılqan Türkiyədə keçirilən seçkilərin ilk turunda Prezident Rəcəb Tayyib Ərdoğana səs verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi ikinci tur üçün də bu qərarda olduğunu deyib.

“Kılıçdaroğlu və komandası CHP-ni bitirmək üçün and içmiş kimi davranırlar. Müttəfiqlik adı altında oturmalı olmadığımız partiyalarla bir masa arxasında əyləşdi. Partiyaya əmək verənləri belə siyahıya salmadı, onların yerinə qeyri-adekvat adamların namizədliyini irəli sürdü. Kreslosunu buraxmamaq üçün kisəsini açıb namizədlik payladı. Nəticə fiaskodur. CHP-çilərin ümidləri ilə oynadığı bəsdir”, - Atılqan bildirib.

Siyasətçi uğursuzluqlarını “səslər oğurlandı” pərdəsi ilə ört-basdır etməyə çalışmalarını gülünc hesab etdiyini söyləyib:

“Ərdoğanla aranda 2.5 milyon səs fərqi var. Məğlubiyyətinizi qəbul edin. Gənc yaşlarımdan CHP-çiyəm. İllərlə partiyam üçün çalışmışam, mühüm vəzifələr tutmuşam. Belə bir sədr mənim partiyama heç yaraşmır. İlk turda Rəcəb Tayyib Ərdoğana səs vermişəm. İkinci turda da Ərdoğana səs verəcəm”.

Atılqan Kılıçdaroğlunun hətta keçmiş CHP-çi Məhərrəm İncəni də öz ambisiyasına qurban verdiyini vurğulayıb. Siyasətçi CHP liderinin terrorçularla (HDP) bir masa arxasında oturduğunu da bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər