“2023-cü ildə insanların rifahına birbaşa təsir edən və Ukrayna iqtisadiyyatını stimullaşdıran beş əsas sahəni bərpa etmək üçün Ukraynaya 14,1 milyard dollar lazımdır”.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukraynanın maliyyə naziri Sergey Marçenko açıqlama verib.
O qeyd edib ki, prioritet bərpa üçün Ukrayna büdcəsində 3,3 milyard dollar ayrılıb. Eyni zamanda, 2023-cü ildə “qarşılanmamış təcili bərpa ehtiyacları” təxminən 6,5 milyard dollar təşkil edir.