Şimali Koreya Yaponiyanı mayın 31-dən iyunun 11-dək kosmosa peyk buraxmaq planı barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, rəsmi Pxenyan öz peykini orbitə çıxarmağa hazırlaşır. Yaponiya hökuməti raketin buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün əlindən gələni edəcəyini bildirib.
“Biz Şimali Koreyanı ABŞ və Cənubi Koreya kimi müvafiq ölkələrlə əməkdaşlıq edərkən raket atmaqdan çəkinməyə çağırırıq”, - Yaponiya baş nazirinin ofisi bildirib.
ABŞ-ın analitik mərkəzi mayın 26-da bildirib ki, kommersiya peyk görüntüləri Şimali Koreyanın Sohye peyk buraxılış stansiyasının şərqində sahilyanı buraxılış sahəsinin tikintisinin sürətlə davam etdiyini göstərir.