Oxşar xəbərlər
“Qərb Belarusda hakimiyyət dəyişikliyi üçün ciddi ssenari hazırlayır”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Belarusa gəlincə, qeyd edə bilərəm ki, Polşada, Litvada və Ukraynada qeyri-qanuni silahlı birləşmələr hazırlanır, birbaşa ölkədə ekstremist hücrələrin yaradılmasına cəhdlər edilir”, - Belarus lideri bildirib.
Onun sözlərinə görə, bütün bunlara son faktlar və hadisələr də sübutdur:
“Yəni ölkəmiz ciddi hakimiyyət dəyişikliyi ssenarisinə hazırlanır, bunu görürük, imkan verməyəcəyik”.