ABŞ dövlət katibi Entoni Blinken Hakan Fidanın Türkiyə xarici işlər naziri təyin edilməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Amerika rəsmisi bu barədə Tvitterdə paylaşım edib.
“Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanı təbrik edirəm”, - Blinken deyib.
Türkiyə Xarici İşlər Nazirliyi ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözlədiyini bildirən ABŞ dövlət katibi bu ölkənin NATO müttəfiqi və tərəfdaşı kimi dəyərli olduğunu qeyd edib.
Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəhbəri Hakan Fidan bu postda Mövlud Çavuşoğlunu əvəzləyib.