Sanksiya təhlükəsi ilə əlaqədar Ermənistan, Qazaxıstan və Honq-Konq bankları Rusiya şirkətlərindən paralel idxal vasitəsilə tədarük edilən prosessorlar, mikrosxemlər və digər elektron avadanlıqlar üçün ödənişləri bloklamağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Məlumata görə, bu tendensiya ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən banklara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin mümkünlüyünü nəzərdə tutan 10-cu sanksiyalar paketinin qəbul edilməsindən sonra müşahidə olunur.
ABŞ və Avropa Birliyi bundan əvvəl Rusiyaya qarşı beynəlxalq sanksiyaları pozan Ermənistana xəbərdalıq etmişdi.