Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaskonun 6 ay öncə qızları olub.
Teleqraf.com “Strana.ua”ya istinadən xəbər verir ki, uşağın doğulmasını siyasətçinin qardaşı Davit Saakaşvili təsdiqləyib.
“Bəli, Mixailin uşağıdır. Qız təxminən altı ay əvvəl dünyaya gəlib. Mən onu görmüşəm. Mixail uşağı görməyib”, - deyə o bildirib.
Yasko daha əvvəl övladı olduğunu açıqlamışdı. O, sosial şəbəkədə "Birlikdə olmağı planlaşdırdığımız bu mühüm anlarda uşağın atasının azadlıqda olmayacağını heç təsəvvür edə bilməzdim".