Amerikanın Texas ştatında qanlı silahlı toqquşma baş verib. Ştatın El Paso şəhərində yerləşən ABŞ-ın Veteranlarla İş üzrə Nazirliyin xəstəxanasında silahlı insident nəticəsində 2 nəfər həlak olub.
Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə xəstəxananın yaxınlığında yerləşən “Fort Bliss” ordu bazasının nümayəndəsi general-mayor Stiven Tvitti bildirib.
Onun sözlərinə görə, klinikaya daxil olan silahlı şəxsin atəş açması nəticəsində 1 nəfər ölüb. Bundan sonra hücum edən şəxs özünə atəş açaraq intihar edib.