12 İyun 2023 15:46
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub yazıb və orada Rusiya ilə münaqişəyə görə Ukrayna xalqına rəğbətini ifadə edib.

Teleqraf.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Papanın Ukrayna nizamlanması üzrə xüsusi nümayəndəsi kardinal Matteo Zuppi məlumat verib.

“Biz mümkün qədər tez sülhün bərqərar olmasına töhfə verməliyik. Buna nail olmaq üçün nəyin lazım olduğunu başa düşməliyik. Bu, Roma Papasının Zelenskiyə yazdığı məktubun mənasıdır”.

O, həmçinin əlavə edib ki, Rusiya hökumətinin nümayəndələri ilə tezliklə görüşə ümid verən siqnallar alır.


Müəllif: Pərvin Cəfərova