12 İyun 2023 20:38
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına veto hüququ vermədən daha altı daimi yer əlavə etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadla bildirib.

Məqalə müəllifinin yazdığına görə, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib.

Bildirilir ki, artıq Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild təşkilata üzv olan 193 ölkənin diplomatları ilə üzvlərin sayının genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər