13 İyun 2023 21:57
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya 325 milyon dollar dəyərində yeni silah və hərbi texnika paketi verməyə qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.

"ABŞ Prezidenti Cozef Baydenin verdiyi səlahiyyətə uyğun olaraq, mən Ukraynaya 40-cı mövcud silahların ayrılmasına icazə verirəm. Bu, 325 milyon dollar dəyərində Amerika silah və texnikası verəcək", - sənəddə deyilir.

Buraya HHM sistemləri, HIMARS, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli maşınlar daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər