ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdəki Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasına F-22 qırıcılarını göndərmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə CENTCOM-un açıqlamasında bildirilir.
Qeyd edilir ki, F-22 qırıcılarının yerləşdirilməsi Rusiya aviasiyasının regionda getdikcə daha da təhlükəli olan fəaliyyəti ilə bağlıdır.