Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qazı (LNG) idxal etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın “TotalEnergies” neft-qaz şirkətinin rəhbəri Patrik Puyanne “Le Journal du dimanche” qəzetinə müsahibəsində deyib.
Puyanne qeyd edib ki, "Total"-ın Rusiya ilə iyirmi illik LNG tədarükü müqaviləsi var. "Yəni şirkət alqı-satqısını dayandırarsa, yenə də yanacağın pulunu ödəməli olacaq",- deyə o bildirib.
“Avropalılar Rusiya qazına qarşı sanksiyalar tətbiq etmək qərarına gələndə biz fors-major bəndinə müraciət edə və hasilatı dayandıra biləcəyik. İndi Avropa Birliyi ABŞ-ın təzyiqinə baxmayaraq, davam etməyimizi deyir”, - şirkət rəhbəri bildirib.
Onun sözlərinə görə, ötən il birlik ölkələri Rusiyadan 15 milyon ton LNG idxal edib.
Bəzi mənbələr bildirir ki, 2022-ci ilin sonunda Avropa Rusiyadan LNG idxalına görə Asiyanı ötüb.