21 İyun 2023 08:00
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peru polisi üsyanı təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çavesi həbs edib.

Teleqraf.com xəbər verir ki, Perunun Baş Prokurorluğu Çavesin saxlanmasını istəyib və onun barəsində 18 aylıq həbs qətimkan tədbiri seçilib.

7 dekabr 2022-ci ildə Perunun o zamankı prezidenti Pedro Kastilyo Konqresin (birpalatalı parlamentin) buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan edib. O, korrupsiya ittihamlarına görə impiçment məsələsinə baxılan parlament iclasından əvvəl çıxış edib.

Deputatlar səsverməni ləğv etməyib və prezidentin səlahiyyətlərindən məhrum edilməsini təsdiqləyiblər. Hərbçilər və polislər Konqresə dəstək veriblər.

Kastilyo üsyan təşkil etməkdə ittiham edilərək saxlanılıb. Onun istefasından sonra Peruda etiraz aksiyaları və iğtişaşlar başlayıb, onlarla insan həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər