Kremlin təbliğatçılarından biri Vladimir Solovyov Rusiyada “Vaqner” lideri Yevgeni Priqojinin qiyamı ilə bağlı yaranmış vəziyyətdən ciddi narahatdır.
Teleqraf.com xəbər verir ki, jurnalist Prezident Vladimir Putini vətəndaş müharibəsinə başlamamağa, dayandırmağa və ölkənin itirilməsinə imkan verməməyə çağırıb.
Solovyov qeyd edib ki, Rusiyanın düşməni Ukraynadır, 25 min “Vaqner” döyüşçüsü cəbhədə çox faydalı olacaq.
“Çətin zamandan keçirik. Bunu görəcək qədər yaşayacağımı gözləmirdim. Uşaqlar, özünüzə gəlin. Düşmən orada – Ukraynadadır”, - jurnalist bildirib.
Solovyov rus qoşunlarının Moskvaya yox, Lvova, Kiyevə, hətta lazım gələrsə, daha da uzağa gedəcəyini xəyal edib. O, həmçinin Priqojinin qiyamını Benito Mussolini və onun faşist pərəstişkarlarının 1922-ci ildə Romaya yürüşü ilə müqayisələndirib.