28 İyun 2023 14:57
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiya Milli Partiyasının lideri və Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif ölkəsinin Böyük Britaniyanın tərkibindən çıxacağı təqdirdə Avropa İttifaqı (Aİ) üzvlüyünə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Brüsselə səfəri zamanı Yusif "Politico"ya müsahibəsində deyib.

Siyasətçi qeyd edib ki, Şotlandiyanın Aİ-yə standart üzvlük proseduru ilə qayıtması nisbətən asan olacaq, çünki o, onilliklər ərzində assosiasiya norma və qaydalarına uyğun yaşayıb.

Baş nazirin sözlərinə görə, şotlandların əksəriyyətinin (62%) 2016-cı ildə "Brexit"in əleyhinə səs verməsinə baxmayaraq, Şotlandiya Aİ-dən çıxarılıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər