“ABŞ və BMT tərəfindən Türkiyədə terror təşkilatının “dövlətləşdirilməsi” cəhdləri sürətləndirilir”.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.
Onun sözlərinə görə, PKK terror təşkilatının törəməsi PYD/YPG beynəlxalq aləmdə yaratdığı “legitimlik”dən istifadə edərək statusunu dəyişdirməyə çalışır:
“Yəni onun zamanla PKK adından imtina etdiyini görə bilərik. Digər tərəfdən, təşkilat daxilində ayrılma özünü göstərə bilər. Bunun hara getdiyini yaxşı oxumalıyıq. Terror təşkilatının daxilində İrana və ABŞ-a yaxın qanadlar var. İrana yaxın qanad Qəndil dağı olaraq tanıdığımız bölgədəki bəzi fiqurlardır. ABŞ-a yaxın qanad Suriyadakı PYD/YPG-dir.
PKK əsas terror təşkilatıdır. PYD/YPG Qəndilin ehtiyaclarını qarşılayır. Silah, sursat, texnika və pul göndərməklə PKK-nın himayəsi altında öz mövcudluqlarını qoruyurlar. Amma bu dəfə bir çevrilmə və ya isim dəyişikliyi ola bilər.
PKK hazırda beynəlxalq aləmdə “legitimlik” axtarır. Bunu ilk dəfədir deyirəm: “dövlətləşmə” ilə bağlı proseslər gedir.
AP-da (Fransa agentliyi) bir məqalə dərc olunub. Məqalədə terror təşkilatı, Suriyadakı silahlı qruplaşmalar, o cümlədən PYD/YPG terror təşkilatı, İŞİD və Əsəd rejimi uşaqları orduya cəlb etməkdə ittiham olunur. Burada rəqəmlər azdır. Çünki kiçik rəqəmlər məqbul risklər deməkdir. Amma hadisənin böyüklüyünü Fransadakı aksiyalarda gördülər. Hətta PKK terrorçularını nəzarət altına almaq üçün Suriyadan gətirib şərəfsizcəsinə “Şərəf” medalı verdilər.
AP-nin 2019-cu ildə yayımladığı hesabatda ciddi ifadələr var. Məqalədə bildirilir ki, 2019-cu ildə BMT ilə ilə 18 yaşından kiçik uşaqların işə götürülməsinə və silahlanmasına son qoymağı və regionda bəzi uşaqların müdafiəsi qurumları yaratmağı öhdəsinə götürən bir sıra sənədlər imzalayıb.
Cümləyə baxın, bir terror təşkilatı BMT ilə müqavilələr imzalayır. Bunun nə demək olduğuna qərar verməyi sizə buraxıram.
Başqa bir cümlə də var: “ABŞ Dövlət Departamenti müttəfiqini müdafiə edərək bildirir ki, Suriya Demokratik Qüvvələri (SDQ) Suriyada BMT-nin uşaq əsgərlərdən istifadəni dayandırmaq çağırışına cavab verən yeganə silahlı təşkilatdır”.
Yəni BMT iə müqavilələr imzalayır, ABŞ Dövlət Departamenti isə etdiklərini dəstəkləyir. Bunlar Türkiyə üçün çox təhlükəli ifadələrdir. İndi sizə bir şey daha deyim, PKK terror təşkilatı Əl-Xolda və bölgədəki 20-yə yaxın digər düşərgədə yaşayan insanları, xüsusilə radikalları və onların törəmələrini mühakimə edəcək. Dəhşətli ifadədir. PYD/YPG terror təşkilatı “dövlət” olub və insanları mühakimə edir?
Əgər İraq və Suriyada PYD/YPG terror təşkilatının nəzarətində olan ərazidə sabitliyi təmin edə bilməsək, bu işi bitirəcəklər və daha da irəli gedəcəklər.
Suriyada 40 min kilometrlik ərazidə PYD/YPG terror təşkilatını zərərsizləşdirmək, neytrallaşdırmaq və dağıtmaq Türkiyə üçün mövcudluq məsələsidir”.