Türkiyənin xarici işlər naziri Harici işlər naziri Hakan Fidan Yunanıstanın yeni xarici işlər naziri Yorqo Gerapetritis ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Hakan Fidan yeni vəzifəsi münasibətilə Gerapetritisi təbrik edib.
Nazirlər iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün birgə işləmək barədə razılığa gəliblər.