“Twitter”in rəhbəri İlon Mask sosial şəbəkə istifadəçilərinin gün ərzində oxuya biləcəyi yazıların sayını artırıb.
Teleqraf.com xəbər verir ki, Mask bu barədə “Twitter” səhifəsində yazıb.
O, “Twitter” sosial şəbəkəsində təsdiqlənmiş hesablar üçün 10 min, təsdiqlənməmiş hesablar üçün 1000, yeni olan və təsdiqlənməmiş hesablar üçün isə 500 mesaj limiti tətbiq edib.
Qeyd edək ki, əvvəlcə İlon Mask təsdiqlənmiş hesabların gündə 6000, təsdiqlənməmiş hesabların 600, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 300 mesaj oxuya biləcəyini açıqlamışdı. Sonra isə limitin müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırıldığını elan etmişdi.
Onun sözlərinə görə, məhdudiyyətlər “məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması” səbəbindən tətbiq edilib.