Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah İstanbula gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayacaq.
Səfər çərçivəsində liderlərin təkbətək və nümayəndə heyətləri arasında görüşü olacaq.
Görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son gəlişmələr, iyulun 17-də müddəti başa çatacaq Taxıl Dəhlizi sazişi və iki ölkə arasındakı münasibətlər müzakirə ediləcək.