Kiyev tezliklə Hollandiyadan mina əleyhinə gəmilər alacaq.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov bildirib.
“Artıq bizim mina əleyhinə gəmilərimiz də var. İki mina əleyhinə gəmi Britaniyada Ukrayna bayraqları altında və Ukrayna ekipajları ilə birlikdədir. Və tezliklə Hollandiya hökumətindən də alacağıq. Sualtı qayıqlar qalır”, - Reznikov bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə O. Niderlandın baş naziri Mark Rutte F-16-nı idarə etmək üçün ukraynalı pilotlar üçün təlimlərin başlaması üçün tarixləri müəyyənləşdirib.