9 Yanvar 2015 06:08
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Zabrat-Kürdəxanı yolunda qeydə alınıb. Kürdəxanı istiqamətində yüksək sürətlə hərəkət edən BYD markalı minik maşınının sürücüsü idarəetməni itirib. Yol sürüşkən olduğu üçün maşın fırlanıb və hərəkət istiqamətinin əksinə çevrilib.

Bu zaman arxadan gələn VAZ-2107 marklalı avtomobil BYD-yə çırpılıb. Hadisə nəticəsində 5 nəfər - Valeh Abdullayev, Səlim Qəribəliyev, Şəhla Qəribəliyeva, Nemət Səfərəliyev və Lətiv Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis idarəsində araşdırma aparılır.


Müəllif: