14 İyul 2023 20:11
3 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ləng gedir, amma uğurludur”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Tavriya” briqadasının komandiri, briqada generalı Aleksandr Tarnavski deyib.

General Ukrayna qüvvələrinin xüsusən də cənubda apardığı əməliyyatlarının uğurlu olduğunu söyləyib.

“Güman edilirdi ki, əks-hücum cəld və ildırım sürəti ilə düşmənin məhv edilməsi, bəzi xətlərin, obyektlərin və hücum nöqtələrinin ələ keçirilməsi şəklində, nəticədə istənilən məqsədə çatmaq olmalıdır. Əks-hücum uğurludur, amma hər birimizin istədiyi kimi deyil”, - Tarnavski bildirib.

Hazırkı tempin səbəbinə gəlincə, Tarnavski əlavə edib ki, ruslar ukraynalıların əks-hücumlarına kifayət qədər güclü hazırlaşıblar.

Mina sahələri problem olaraq qalır, Ukraynanın minatəmizləmə texnikaları tez-tez Rusiya mərmilərinin hədəfinə çevrilir.

“Yüksək partlayıcı başlıqlardan və hazırda texnikanın və şəxsi heyətin keçdiyi ərazilərdə yerləşən güclü partlayıcı maddələrin yerləşdirilməsi ilə çox sıx, mürəkkəb mina maneələri yaradıblar”, - general izah edib.

O vurğulayıb ki, Ukrayna qüvvələrinin cənubda irəliləməsi Kiyevin planlarında mərkəzi yer tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər