YUKOS şirkətinin sabiq rəhbəri Mixail Xudorkovksi onu “bütün müsəlmanların və özünün düşməni” elan edən Ramzan Kadırovun ittihamına cavab verib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, o çeçen prezidentə cavabını şəxsi bloqunda bildirib: “Mən Vladimir Putinin sadiq tərəfdarının hədəsini eşitdim və nəzərə aldım. Mahiyyətinə görə onun ötən gün Parisdə baş verən terror aktından heç bir fərqi yoxdur: onun məqsədi – qorxutmaq, düz sözün qarşısını almaqdır. Lakin mən dünən demişəm və bu gün təkrar edirəm: bizi qorxutmaq mümkün deyil. Biz müasir cəmiyyətin təməl dəyəri olan söz azadlığını müdafiə edəcəyik”.
Qeyd edək ki, Çeçenistan lideri mühacirətdə yaşayan sahibkarı Parisdə “Çarli Hebdo” satirik jurnalına hücumdan sonra jurnalistləri Məhəmməd peyğəmbərin karikaturalarını çəkmək barədə çağırışına görə tənqid edib. "Parisdə baş verən qanlı hadisədən sonra o özünü Fransa prezidenti və baş nazirindən artıq fransız zənn edib. Gərginliyin artmasının qarşısının alınmasa yönələn addımların atıldığı və Fransa hakimiyyətinin araşdırma ilə məşğul olduğu bir vaxtda Xodorkovski Paris nəşrinin təcrübəsini təkrarlamağı və karikaturaların dərc edilməsini tələb edir”.
Çeçenistan lideri həmçinin deyib ki, İsveçrədə YUKOS-un sabiq rəhbərindən “izahat” tələb edən adamlar tapılacaq.
Samir