ABŞ ordusunun 2-ci dərəcəli sıravi əsgəri Trevis Kinq “qəsdən və icazəsiz” Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhədi keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Hərbçinin taleyi hələlik bəlli olmasa da, lakin ABŞ rəsmiləri onun Şimali Koreyada həbsdə olduğunu güman ediblər.
“JSA-nın təhsil səfərində olan ABŞ vətəndaşı icazəsiz Koreya Xalq Demokratik Respublikasına (KXDR) hərbi demarkasiya xəttini keçib”, - BMT açıqlayıb.
BMT-nin insidentin həlli üçün Koreya Xalq Ordusu ilə birlikdə çalışdığı bildirilib.
Hadisənin şahidi deyib ki, həmin şəxs KXDR ərazisinə qaçmazdan əvvəl gülməsi müşayiətçilərin çaşqınlığına səbəb olub və onun hərəkətini əvvəlcə uğursuz zarafat hesab edib. Qaçmazdan öncə həmin şəxs intizamsızlıq səbəbindən Cənubi Koreyada saxlanılmış və ölkədən çıxarılması planlaşdırılmışdı.
“Hava limanında təhlükəsizlik nəzarətindən keçdikdən sonra o, nə cürsə qayıdıb və Şimali Koreya sərhədini keçməzdən əvvəl sərhəd turu qrupuna qoşulmağa müvəffəq olub”, - kanal vurğulayıb.