Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Türkiyənin Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv edən Rusiyanı yenidən masaya gətirəcəyinə ümid etdiyini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, ingilis nazir bildirib ki, Ərdoğan taxıl müqaviləsinin bağlanmasında Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə dünyada bir çox insan adına inanılmaz dərəcədə mühüm iş görüb.
“Həqiqətən ümid edirəm ki, Türkiyə Prezidenti insanları aclıqdan xilas etməyə və beynəlxalq taxıl qiymətlərini aşağı düşməsinə kömək edən Qara dəniz Taxıl Sazişinin əhəmiyyətinin başa düşülməsində təsirli rol oynayacaq”, - o qeyd edib.