“Playboy” jurnalı üçün fotosessiya etdirən Fransanın sosial iqtisadiyyat və ictimai təşkilatlar üzrə dövlət katibi Marlen Şyappa vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, baş nazir Elizabet Born jurnalın təklifini qəbul etdiyi üçün Şyappanı cəzalandırıb. “Le Figaro” qəzetinin yazdığına görə, Born dövlət katibinə zəng edərək onun müsahibəsinin bugünkü sosial kontekstə qətiyyən uyğun olmadığını deyib.
Dövlət katibi öz addımını hər yerdə qadınların hüquqlarını müdafiə etməsi ilə izah edib.