Ukrayna əsgərləri Baxmutda ruslar ilə gərgin mübarizə aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının spikeri Andrey Kovalev teleqram kanalında bildirib.
Onun sözlərinə görə, müdafiə qüvvələri Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir.
“Orexovo-Vasilyevka-Praskoveevka, Kleşçievka-Andreevka istiqamətlərində vəziyyəti dəyişmədən ağır döyüşlər davam edir”, - spiker bildirib.