"Ukrayna prezidenti Vladimir Zelenski ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında deyil, bu, Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücumundan sonra Rusiyanın cavab zərbələrindən sonra bəlli olub".
Teleqraf.com xəbər verir ki, bunu Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin "YouTube" kanalında deyib.
Onun fikrincə, Zelenski hər şeydə bacarıqsız insandır, eyni zamanda Ukrayna üçün qəbir qazandır.
O, iddia edir ki, Zelenski Putinə qarşı dura bilməz.
O Odessa vilayətinin Belqorod-Dnestrovski rayonunda infrastruktur obyektlərinin zədələnməsini böyük zərbə adlandırıb, çünki bu ərazi taxıl daşınması üçün vacibdir.