10 Yanvar 2015 03:35
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Pan Gi Mun Fransada terrorçuların məhv edilməsi əməliyyatına öz münasibətini bildiib. O bu barədə xəbəri eşitdikdə böyük rahatlıq hissi keçirdiyini vurğulayıb.

Teleqraf.com-un “Rosbalt”-a istinadən məlumatına görə, bununla yanaşı, Pan Qi Mun bəyan edib ki, cinayətkar və qatillərin dini olmur.

Pan Gi Munun sözlərinə görə, Parisdə əsl terror aktı törədilib, lakin onun səbəbi dinlə bağlı deyil. Baş katib Fransanın bundan sonrada tolerantlıq və dini dözümlülük siyasətinə sadiq qalacağına əminliyini dilə gətirib.

O, Fransanın BMT-dəki missiyasına başsağlığı verib.


Müəllif:

Oxşar xəbərlər