"Ehtimal olunur ki, 2023-cü ilin iyul ayının ortalarından bəri ən azı bir neçə min "Vaqner" döyüşçüsü Belarusun mərkəzindəki Tsel kəndindəki hərbi düşərgədə yerləşdirilib. Şəkillər göstərir ki, 2023-cü ilin iyul ayının ortalarından bəri yüzlərlə maşın hərbi hissəyə gəlib".
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin tivitter hesabında qeyd olunur.
Bildirilir ki, 19 iyul 2023-cü il tarixli peyk şəkilləri sayəsində Tseldə çadırlar və avadanlıqlar aşkar edilib. Orada 300-ə yaxın çadır və 200-ə yaxın texnika var.