10 Yanvar 2015 16:44
527

Aktyor Ceki Çanın oğlu Ceysi Çana 6 aylıq həbs cəzası verilib.

Teleqraf.com xəbər verir ki, məşhur aktyorun oğlu evində narkotik saxlamaq üstündə həbs edilib.

Avqustda tutulan Ceysi Çan Xalq Məhkəməsi tərəfindən həbsdən əlavə, iki min yuan (təxminən 326 dollar) pul cəzasına da məhkum olunub. Ceysi günahını etiraf edib. C.Çan belə bir səhvi təkrarlamayacağını bildirərək, qanuna zidd hərəkət etdiyi üçün xalqdan onu bağışlamasını istəyib.

Rüstəm


Müəllif:
loading...