7 Avqust 2023 15:34
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları mümkün qədər tez bərpa etməyi təklif etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın ura.ru Türkiyənin rəsmi mənbələrinə istinadla yazır.

“Ərdoğan münaqişənin həllində Rusiyaya vasitəçiliyini təklif edəcək, münaqişədə qaliblərin, sülh prosesində isə uduzanların olmayacağı tezisini təkrarlayacaq”, - mənbə sayta bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, Türkiyə dəfələrlə danışıqlar yolu ilə Ukraynada hərbi əməliyyatların dayandırılmasının tərəfdarı olub.

Mənbə Ərdoğanı “həm Moskvanın, həm də Kiyevin etibar etdiyi yeganə dünya lideri” adlandırıb. Məlumatda qeyd olunur ki, Türkiyə prezidenti avqustda Ankarada rusiyalı həmkarı Putinlə planlaşdırılan görüş zamanı sülh danışıqlarının bərpasını təklif etmək niyyətindədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər