7 Avqust 2023 20:39
3 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna rus gəmilərinə hücum etdikdən sonra Rusiyanın ən böyük dəniz limanlarını gəmiçilik üçün təhlükəli elan etdi. Beləliklə, Ukrayna Rusiya ilə danışıqlar üçün güclü rıçaq əldə edib, çünki limanların blokadası Moskva üçün son dərəcə ağrılıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “RBC Ukrayna”nın materialında deyilir.

“Ukrayna təcavüzkarın 6 ən böyük limanını - Anapa, Novorossiysk, Gelencik, Tuapse, Soçi və Tamanı gəmiçilik üçün təhlükəli hala gətirib. Yəni atışların davam edəcəyini açıqlayıb. Bu, ilk növbədə xarici gəmi operatorları və sığorta şirkətləri üçün bir siqnaldır: bu limanlara gəlməyə davam etsəniz, itkilərə hazır olun”, - məqalədə bildirilir.

Əslində limanları Rusiya tərəfindən bir ildən artıqdır blokadada olan Ukrayna Moskvaya “güzgü effekti” ilə cavab verməyə başlayıb. Bu isə Rusiya üçün son dərəcə ağrılı olacaq, çünki onun Qara dəniz limanları vasitəsilə ticarəti ildə 100 milyard dollar qiymətləndirilir.

“Rusiya limanlarının blokadaya alınması Ukraynaya tələblərinin yerinə yetirilməsi, o cümlədən ərazilərinin azad edilməsi və dəymiş zərərin ödənilməsi üçün güclü rıçaq verir. Ən əsası odur ki, Ukrayna təkcə taxıl deyil, bütün növ yüklərin ixracı üçün limanları tamamilə blokadadan çıxarmaq imkanı əldə edib. İndi kilidin açılması ilə bağlı danışıqlar bərabər şərtlərlə aparılacaq. Ukrayna təzyiqi zəiflətməməli, Rusiyanın mümkün təcavüzünə baxmayaraq, bunu davam etdirməlidir”, - mənbə yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər