Suriyadakı rejimin başçısı Bəşər Əsəd Türkiyəni və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alan açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Suriya başçısının açıqlamaları iftira və skandal ifadələrlə doludur,
“Mən Ərdoğanla onun təklif etdiyi şərtlər və meyarlar əsasında görüşməyəcəm”, - Əsəd deyib.
Suriya lideri Türkiyə prezidenti ilə bağlı skandal ifadələrə də yer verib:
“Ərdoğanın mənimlə görüşmək istəməsində məqsəd Suriyadakı türk işğalını qanuniləşdirməkdir”.
Əsəd qondarma ittihamlarını daha da irəli apararaq Türkiyəyə iftira da atıb: “Suriyadakı terror türk məhsuludur”.
Onun iddiasına görə, suriyalı qaçqınların geri qayıtmasında ən böyük problem terrorun məhv etdiyi infrastrukturdur.