11 Avqust 2023 11:18
9 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Baş naziri Şahbaz Şərif böyük qardaşı və sələfi Nəvaz Şərifin gələn ay ölkəyə qayıdacağını və qanun qarşısında cavab verəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, Nəvaz Şərifin sentyabrda gələcəyini və parlament seçkilərində partiyaya rəhbərlik edəcəyini deyib.

Baş nazir məsələ ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

Seçkilərdə qalib gələcəklərini vurğulayan Şərif partiyasının Nəvaz Şərifin rəhbərlik edəcəyi hökumətdə fəal çalışacağını qeyd edib.

Panamadakı ofşor hesablarla bağlı məlumatların yer aldığı “Panama sənədləri” qalmaqalında adı hallanan Nəvaz Şərif 2017-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

On ay həbsdə olan Şərif 2019-cu ilin noyabrında səhhətində yaranan problemlə əlaqədar müalicə almaq üçün 2 ay müddətinə azadlığa buraxılıb. Ali Məhkəmə müalicə üçün 8 həftə həbsxanadan çıxmasına icazə verilən Şərifin maksimum 4 həftə xaricdə qala biləcəyinə, həkimlərin istəyi ilə bu müddətin uzadıla biləcəyinə qərar verib. Bu qərardan sonra 2019-cu ilin noyabr ayında müalicə üçün İngiltərəyə gedən Navaz Şərif hələ də Londondadır.

2020-ci ilin dekabrında İslamabad Ali Məhkəməsi məhkəmələrdə iştirak etməyən keçmiş baş nazir Şərifi “ədalətdən qaçan şəxs” elan edib.

Pakistana qayıtmaq üçün barəsindəki məhkəmə qərarlarına etiraz edən Şərif 1990-1993, 1997-1999, 2013-2017-ci illərdə üç dəfə baş nazir vəzifəsində çalışıb.

Ötən il Nəvaz Şərifə diplomatik pasport verilib. Hökumət rəsmiləri Şərifin ölkəyə qayıtması üçün hüquqi zəmin hazırlandığını bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər