Yeni Zelandiya kəşfiyyatı Çin, Rusiya və İranın ölkəyə müdaxilə etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Yeni Zelandiya kəşfiyyatının ilk dəfə açıq şəkildə yayımladığı hesabatında bu məlumatı ictimaiyyətlə bölüşməyin önəmli olduğu bildirilib.
Ən çox diqqətçəkən təhlükənin Yeni Zelandiyada Çin icmalarını hədəfə alan və Çin kəşfiyyatı ilə əlaqələrinin olanların olduğu vurğulanaraq, Pekinin Sakit okeandakı siyasi, iqtisadi və hərbi iştirakını inkişaf etdirmə səylərinin strateji rəqabətə yol açdığı qeyd olunub.
Hesabatda Tehranın isə bu ölkədəki iranlıları izləməklə və onlar haqda hesabatlar hazırlamaqla müdaxilə etdiyi yazılıb.
“Rusiyanın beynəlxalq dezinformasiya kampaniyaları Yeni Zelandiyanı hədəfə almasa da, ictimai rəyə təsir göstərir”, - kəşfiyyat bildirib.
Sənəddə Rusiya-Ukrayna müharibəsinin geosiyasi rəqabətin artması, tədarük zəncirində pozulmalar və digər ölkələrdə kəşfiyyat fəaliyyətlərinin aparılması səyləri kimi problemlərə səbəb olduğu da vurğulanıb.
Xarici təhdidlərlə yanaşı, Yeni Zelandiya daxilində zorakılığa meylin də təhdid olduğu, ölkədə terror aktları təşkil edə bilən şəxslərin olduğu, amma hələlik konkret hücum planının müəyyən edilmədiyi diqqətə çatdırılıb.