Ukrayna qoşunları son sutka ərzində Zaporojye vilayətinin qərbində əhəmiyyətli taktiki irəliləyiş əldə edib. Cəbhənin 3 istiqamətdində uğurlu nəticələr var.
Teleqraf.com xəbər verir ki, xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Ukraynanın əks-hücum əməliyyatları ərazidə müdafiə olunan mövcud Rusiya qüvvələrini əhəmiyyətli dərəcədə zəiflədib. Geolokasiya kadrları təsdiq edir ki, Ukrayna ordusu Donetsk-Zaporojye bölgəsinin sərhədi boyunca Rabotino və Urojayne şəhərlərinin şimal kənarlarına çatıblar.