Yunanıstan və Suriyadan Türkiyəyə, Türkiyədən isə Yunanıstana qanunsuz keçməyə çalışan 7 nəfər sərhəd xidməti tərəfindən yaxalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 5-nin FETÖ, 1-nin isə PKK/KCK/PYD-YPG terror təşkilatlarının üzvü olduğu müəyyən edilib.
"Sərhədlərimizdə qanunsuz keçidlərə qarşı mübarizəmiz davam edir", - deyə nazirliyin məlumatında vurğulanır.