Bolqarıstanın tanınmış iş adamı, keçmiş xüsusi xidmət zabiti Aleksey Petrov Sofiyada güllələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Nova" telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində bir qadın da güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.
Hadisə günorta saatlarında qeydə alınıb. Hazırda hadisə yerində gücləndirilmiş polis bölmələri işləyir, hadisə yeri mühasirəyə alınıb, bütün nəqliyyat vasitələri yoxlanılır.
Qeyd edək ki, İ.Petrov 2011-ci ildə ölkə prezidentliyinə namizədliyini irəli sürüb.