Ukraynalı pilotlar F-16 qırıcıları ilə bağlı təlimlərə başlayıblar.
Teleqraf.com "Klymenko Time" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Reznikov bildirib.
Onun sözlərinə görə, aviasiya koalisiyasına 11 tərəfdaş ölkə qoşulub. Hollandiya və Danimarka isə ukraynalı pilotların, texniklərin və mühəndislərin hazırlanması layihəsinə liderlik edir.