Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Quranın yandırılması kampaniyasının davam etdiyi İsveçə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri İsveç hökumətini bunun qarşısını almağa çağırıb.
“İsveçin NATO-ya üzvlük protokollarının parlamentə göndərilməsi və prosesin sürətlə bitməsi İsveçin verdiyi vədlərə əməl etməsi ilə düz mütənasibdir. Bu məsələ ilə bağlı qərarı parlamentimiz verəcək. Məsələnin parlamentimizdə, komissiyalarımızda nə qədər müzakirə ediləcəyini, nə qədər vaxt aparacağını bilmirik.
İsveç ilk növbədə Stokholm küçələrinə sahib çıxmalıdır. Stokholm küçələrinə sahib çıxmasalar, müqəddəslərimizə qarşı bu hücumlar davam edərsə, üzrlü saysınlar”, - Ərdoğan bildirib.