28 Avqust 2023 11:37
5 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəmilərin Rusiyanın iştirakı olmadan alternativ taxıl dəhlizi marşrutları ilə keçməsi onların təhlükəsizliyinə zəmanət verə bilməz, Ankara artıq bu barədə Qərb ölkələrini xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti”yə taxıl müqaviləsi üzrə danışıqlarda iştirak edən mənbə bildirib.

“Məqsədimiz bütün tərəflərin iştirakı ilə Qara dəniz taxıl sazişini bərpa etməkdir. Dəfələrlə rəsmi səviyyədə, o cümlədən Qərb tərəfdaşlarımızla təmaslarda qeyd olunub ki, gəmilərin alternativ marşrutlarla keçməsi risklidir və Rusiyanın prosesdə iştirakı olmadan onların təhlükəsizliyinə təminat vermək mümkün deyil. Ona görə də mexanizmin fəaliyyətini bərpa etməsi üçün səylərimizi davam etdirəcəyik, bütün səylərimiz buna yönəlib”, - agentliyin mənbəsi bildirib.

Türkiyə xarici işlər naziri Hakan Fidan bundan əvvəl demişdi ki, Ankara taxıl sazişinin bərpasını istəyir, amma alternativ marşrutlar risklərlə doludur. Onun sözlərinə görə, məsələnin Rusiyanın iştirakı olmadan həllinin nəticələri ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər