Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım gələn il martda keçiriləcək bələdiyyə seçkilərində İstanbul böyükşəhər bələdiyyəsinə namizəd olub-olmayacağı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, AKP rəsmisi belə bir iddiasının olmadığını deyib.
“Bizim növbəmiz keçib. Partiyamızın onlarla namizədi, əziz dostlarımız var. Mənim belə bir fikrim yoxdur”, - Binəli Yıldırım bildirib.
Keçmiş nazirlər Murad Kurum, Süleyman Soylu, Adil Karaismailoğlu AKP-dən mümkün namizədlər arasında ən çox adları çəkilən isimlərdir.