13 Yanvar 2015 02:38
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Ukraynadakı müşahidəçilər missiyası yanvarın 10-u və 11-də Donetsk ətrafında atəşkəs rejiminin pozulması hallarının əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.

APA-nın məlumatına görə, bu barədə missiyanın gündəlik hesabatında bildirilir.

“ATƏT nümayəndələri Donetsk hava limanına yaxın ərazilərdə çoxsaylı insidentlər və artilleriyadan istifadə edilmə faktlarının şahidi olublar”, sənəddə deyilir.

Qeyd edək ki, yanvarın 15-də Astanada nəzərdə tutulmuş Ukrayna üzrə dövlət başçıları səviyyəsində “normand formatlı” görüş təxirə salınıb. “Normand dördlüyü”nün (Ukrayna, Rusiya, Fransa, Almaniya) xarici işlər nazirləri yanvarın 12-də Berlində görüşüblər.


Müəllif: